Mənzil alarkən nəyə diqqət etməliyik? – Ekspertdən VACİB TÖVSİYƏ
Mənzil almaq istəyənlər üçün yeni tikili ilə köhnə bina arasında seçim etmək heç də asan deyil. Qiymət fərqi, yaşayış şəraiti, ipoteka imkanları və əmlakın gələcəkdə dəyər qazanma ehtimalı qərara təsir edən əsas amillərdəndir. Bəzi köhnə binalardakı mənzillərin söküntü gözləntisi ilə baha satılması da bazarda diqqət çəkən məqamlardandır. Bəs hazırda hansı mənzilə yatırım etmək daha məqsədəuyğundur və seçim zamanı hansı risklər nəzərə alınmalıdır?
Məsələ ilə bağlı iqtisadçı ekspert Firdovsi Xəlilov İnfora.az-a açıqlamasında bildirib ki, mənzil seçimində ilk növbədə əmlakın hansı məqsədlə alınması müəyyənləşdirilməlidir.
Onun sözlərinə görə, yaşayış üçün mənzil alan şəxslər maliyyə imkanları daxilində yeni tikililərə üstünlük verə bilərlər:
“İnvestisiya zamanı isə binanın yaşından daha çox yerləşdiyi ərazi, hüquqi vəziyyəti və gələcək gəlirlilik potensialı nəzərə alınmalıdır. Yeni tikililər layihələndirmə, lift, parkinq və mühəndis-kommunikasiya sistemləri baxımından köhnə binalardan fərqlənir. Müasir yaşayış kompleksləri həyət infrastrukturu, enerji səmərəliliyi və yaşayış komfortu baxımından da üstünlüklərə malikdir. Ekspert qeyd edib ki, yeni tikililərin istismar müddəti də daha uzun ola bilər. Bütün köhnə binaları eyni meyarlarla qiymətləndirmək düzgün deyil. Köhnə tikililər arasında istismar müddətinin sonuna yaxınlaşan beşmərtəbəli binalarla yanaşı, uzun illər istifadə edilə biləcək doqquzmərtəbəli binalar da var. Bu səbəbdən hər bir köhnə bina ayrıca qiymətləndirilməlidir. Azərbaycanda bəzi köhnə mənzillər söküntü və yenidənqurma ehtimalına görə yüksək qiymətə satılır. Belə hallarda alıcılar mənzili yalnız yaşamaq üçün deyil, gələcəkdə daha sərfəli əmlak əldə etmək ümidi ilə də alırlar. Köhnə binanın yerində yeni yaşayış kompleksi tikiləcəyi ehtimalı bəzi alıcılar üçün investisiya fürsəti hesab olunur. Bu tendensiya tədricən dəyişməyə başlayır. Qanunvericilikdəki dəyişikliklər, yeni tikililərdə ipoteka imkanlarının genişləndirilməsi və köhnə binalarla bağlı kredit siyasətindəki yeniliklər daşınmaz əmlak bazarına təsir göstərə bilər. Dövlət ehtiyacları üçün alınan əmlakların qiymətləndirilməsi mexanizminin bazar prinsiplərinə uyğunlaşdırılması da mühüm əhəmiyyət daşıyır. Bu dəyişikliklər yalnız söküntü gözləntisi ilə həyata keçirilən investisiyaların əvvəlki qədər cəlbedici olmamasına səbəb ola bilər”.

Ekspert bildirib ki, yeni tikililərdə hissə-hissə ödəniş, uzunmüddətli daxili kredit və bəzi hallarda faizsiz ödəniş imkanları təklif olunur:
“Köhnə tikililərdə isə alıcılar əsasən bank ipotekasından istifadə edə bilirlər. Bu amil də mənzil seçimi zamanı nəzərə alınmalıdır. İnvestisiya qərarı verərkən yalnız binanın yeni və ya köhnə olmasına əsaslanmaq düzgün deyil. Əmlakın bazar dəyərini onun yerləşdiyi ərazi, hüquqi vəziyyəti, gələcək inkişaf perspektivi və likvidliyi müəyyən Binanı təmir etmək mümkün olsa da, mənzilin yerləşdiyi ünvanı dəyişmək mümkün deyil. Buna görə də yaşayış məqsədilə mənzil alan şəxslərə maliyyə imkanları daxilində yeni tikililərə üstünlük vermək tövsiyə olunur. İnvestisiya zamanı isə hüquqi risklər, maliyyələşmə imkanları və əmlakın gəlirlilik potensialı diqqətlə qiymətləndirilməlidir. Daşınmaz əmlak bazarında uğurlu investisiyanın əsas şərti köhnə və ya yeni tikili seçmək deyil, doğru əmlakı düzgün qiymətə almaqdır”.
Aysel Muxtar
Şərhlər (0)