1999-cu ildən bəri İLK DƏFƏ: Ərəblər İsraildə güc balansını DƏYİŞİR
Ərəb partiyalarının “Birləşmiş Siyahı” koalisiyasının lideri Mənsur Abbas ümumi seçkilərin yekunlarına əsasən İsrail parlamentində (Knesset) 18 mandat qazandıqlarını elan edib.
İnfora.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
"Biz bu misilsiz uğuru yeni reallığa çevirməyə və növbəti siyasi mərhələdə həlledici rol oynamağa söz veririk", - deyə siyasətçi bildirib.
M.Abbas İsrailin ərəb məskənlərində seçici fəallığının 80%-ə çatdığını vurğulayıb: "Ərəblər digər seçicilərə nisbətən daha böyük fəallıq nümayiş etdirdilər".
Xatırladaq ki, bundan əvvəl İsrailin 12-ci televiziya kanalı ölkə üzrə ümumi seçici fəallığının 77,7% təşkil etdiyi barədə məlumat yayıb.
Bu, yəhudi dövlətində 1999-cu ildən bəri keçirilən seçkilərdə qeydə alınan ən yüksək göstəricidir.(Musavat.com)
Şərhlər (0)