CNN-dən təcili "qara xəbər" – ABŞ İrana 96 saatlıq...!
ABŞ Prezidenti Donald Trampın müvafiq əmr verəcəyi təqdirdə Amerika Silahlı Qüvvələri cəmi 96 saat ərzində İrana qarşı yeni və genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər. İnfora.az xəbər verir ki, bu barədə CNN telekanalına iki amerikalı rəsmi məlumat verib. Mənbələrin sözlərinə görə, ABŞ mümkü
ABŞ Prezidenti Donald Trampın müvafiq əmr verəcəyi təqdirdə Amerika Silahlı Qüvvələri cəmi 96 saat ərzində İrana qarşı yeni və genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər.
İnfora.az xəbər verir ki, bu barədə CNN telekanalına iki amerikalı rəsmi məlumat verib.
Mənbələrin sözlərinə görə, ABŞ mümkün hücumları həyata keçirmək üçün Yaxın Şərqdə artıq kifayət qədər hərbi qüvvə yerləşdirib.
Bildirilir ki, planlaşdırılan əməliyyat əvvəlki məhdud hərbi zərbələrdən miqyasına görə ciddi şəkildə fərqlənə bilər.
ABŞ ordusu bu dəfə yalnız İranın radar sistemlərini, raket buraxılış qurğularını və qısa müddətdə bərpa oluna bilən hərbi obyektlərini hədəfə almaqla kifayətlənməyə bilər.
“Bu, böyük əməliyyat olacaq”, – deyə amerikalı rəsmilərdən biri CNN-ə bildirib.
Məlumata əsasən, Pentaqon və ABŞ Mərkəzi Komandanlığı mümkün hücumlar üçün geniş hədəf siyahısı hazırlayır.
Həmin siyahıya İranın nüvə müəssisələri, enerji infrastrukturu və strateji hərbi obyektləri daxildir.
CNN-in məlumatına görə, hazırkı və keçmiş ABŞ rəsmilərinin bir qismi Trampın hərbi əməliyyatlara başlamaq barədə əmr verməsini yalnız zaman məsələsi hesab edir.
Onların fikrincə, belə bir qərar ilin sonunadək istənilən vaxt verilə bilər. Bununla belə, mümkün əməliyyatların ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərindən sonra başlanacağı ehtimal edilir.
CNN həmçinin qeyd edir ki, İran hərbçiləri ABŞ ordusunun əvvəlki əməliyyatlarda istifadə etdiyi taktiki üsullarla artıq daha yaxından tanışdırlar. Bu isə Amerika qüvvələrinin nəzərdə tutulan bütün hədəfləri məhv etməsini çətinləşdirə bilər.
Məlumatlara görə, yeni hərbi əməliyyat başlayacağı təqdirdə İranın və Yəməndəki husilərin regiondakı Amerika qüvvələrinə cavab zərbələri endirməsi təhlükəsi də nəzərə alınır. (Musavat.com)