Xırdalan dairəsində təhlükəli vəziyyət: avtomobil lyuka düşdü
Xırdalan dairəsi istiqamətində yolda açıq qalan lyuk sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Həmin ərazidən keçən avtomobillərdən biri lyuka düşüb. İnfora.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.Yolun hərəkət hissəsində açıq qalan lyukun sürücülər üçün hansı risk yarat
Xırdalan dairəsi istiqamətində yolda açıq qalan lyuk sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Həmin ərazidən keçən avtomobillərdən biri lyuka düşüb.
İnfora.az xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Yolun hərəkət hissəsində açıq qalan lyukun sürücülər üçün hansı risk yaratdığı bir daha diqqət çəkib.
Məsələ ilə bağlı İnfora.az olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.
Qeyd edək ki, cavab verildiyi təqdirdə qurumun mövqeyini dərc etməyə hazırıq.
Mövzu diqqətimizdədir.
Zümrüd Abidqızı