⚡ AMP
Cəmiyyət

Şabranda sürücülər üçün TƏHLÜKƏLİ YOL: Çuxurlar 5-6 metrə çatır - FOTO / VİDEO 

Şabran şəhərinin Rəşid Behbudov küçəsində yaranan iri çuxurlar sürücülər üçün təhlükə yaradır. Xüsusilə döngələrdə yerləşən və gecə saatlarında görünməyən çöküntülər qəza riskini artırıb. İnfora.az xəbər verir ki, küçənin asfalt örtüyündə iki böyük çöküntü əmələ gəlib. Məlumata görə, çuxurların dəri

🕐 Okt 29, 2026 – 11:05
👁 6

Şabran şəhərinin Rəşid Behbudov küçəsində yaranan iri çuxurlar sürücülər üçün təhlükə yaradır. Xüsusilə döngələrdə yerləşən və gecə saatlarında görünməyən çöküntülər qəza riskini artırıb.

İnfora.az xəbər verir ki, küçənin asfalt örtüyündə iki böyük çöküntü əmələ gəlib. Məlumata görə, çuxurların dərinliyi 50 santimetrə, uzunluğu isə 5-6 metrə çatır.

Sözügedən yol sahəsinin nə vaxt təmir ediləcəyi barədə suallar isə diqqət doğurur.

Məsələ ilə bağlı olaraq Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanlanıb.

Mövzu diqqətimizdədir.

Zümrüd Abidqızı

📰 Tam xəbəri oxu
· · ·
Paylaş: