⚡ AMP
Araşdırma

Qida məhsullarının üzərindəki tarixlər nəyi göstərir? - ARAŞDIRMA

Marketdən ərzaq alarkən məhsulun qiymətinə, tərkibinə və qablaşdırılmasına diqqət yetiririk. Ancaq etiketdə göstərilən istehsal tarixi, yararlılıq müddəti və saxlanma şəraiti də ən azı digər məlumatlar qədər vacibdir. Bəs bu məlumatlar nəyi ifadə edir və məhsulun üzərindəki tarixə baxarkən hansı məq

🕐 Okt 29, 2026 – 10:28
👁 9

Marketdən ərzaq alarkən məhsulun qiymətinə, tərkibinə və qablaşdırılmasına diqqət yetiririk. Ancaq etiketdə göstərilən istehsal tarixi, yararlılıq müddəti və saxlanma şəraiti də ən azı digər məlumatlar qədər vacibdir. Bəs bu məlumatlar nəyi ifadə edir və məhsulun üzərindəki tarixə baxarkən hansı məqamları nəzərə almaq lazımdır?

İnfora.az xəbər verir ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, qida məhsullarının etiketində istehsal tarixi, yararlılıq müddəti və saxlanma şəraiti kimi məlumatlar göstərilməlidir.

İstehsal tarixi məhsulun hazırlandığı vaxtı, yararlılıq müddəti isə müvafiq saxlanma şərtlərinə əməl edildikdə onun təhlükəsizlik tələblərinə uyğunluğunu qoruduğu dövrü ifadə edir.

Məhsulun üzərindəki tarix hələ bitməsə belə, düzgün saxlanmaması onun təhlükəsizliyinə təsir göstərə bilər. Eyni zamanda, qidanın qoxusunun və görünüşünün normal olması onun mütləq təhlükəsiz olduğunu göstərmir. Buna görə etiketdəki saxlama göstərişlərinə əməl etmək və qablaşdırmanın bütövlüyünü yoxlamaq vacibdir.

Qeyd edək ki, yararlılıq müddəti bitmiş qida məhsullarının satışı qadağandır. İstehlakçılar belə hallarla qarşılaşdıqda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Zümrüd Abidqızı

📰 Tam xəbəri oxu
· · ·
Paylaş: