⚡ AMP
Sosial

Zabratda sakinlər zibil problemindən şikayətçidir – VİDEO

Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində, Gültəkin Əsgərova küçəsində məişət tullantılarının ətrafa yığılması sakinlərin narazılığına səbəb olub. İnfora.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.  Sakinin sözlərinə görə, məhəllədə zibil qablarının müəyyən ərazilər

🕐 Okt 28, 2026 – 12:10
👁 7

Bakının Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində, Gültəkin Əsgərova küçəsində məişət tullantılarının ətrafa yığılması sakinlərin narazılığına səbəb olub.

İnfora.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

 Sakinin sözlərinə görə, məhəllədə zibil qablarının müəyyən ərazilərdə cəmləşməsi tullantıların bir nöqtəyə toplanmasına səbəb olur.
O bildirib ki, küçənin bəzi hissələrində zibil qabları boş qalsa da, digər ərazilərdə tullantılar yığılıb qalır.

İnfora.az olaraq Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.

Qeyd edək ki, soğrumuza cavab verildiyi təqdirdə  aidiyyəti qurumun mövqeyini dərc etməyə hazırıq.

Mövzu diqqətimizdədir. 

Zümrüd Abidqızı

📰 Tam xəbəri oxu
· · ·
Paylaş: