⚡ AMP
Sosial

Keşlədə su xətti partlayıb: problem niyə həllini tapmır?

Nizami rayonu, Keşlə qəsəbəsində, neftayırma zavoduna gedən dəmir yolu xəttinin kənarında su xəttində yaranan qəzanın uzun müddətdir aradan qaldırılmadığı iddia edilir. İnfora.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntüləri paylaşan şəxs  su xəttindəki sızmanın bi

🕐 Okt 28, 2026 – 12:48
👁 7

Nizami rayonu, Keşlə qəsəbəsində, neftayırma zavoduna gedən dəmir yolu xəttinin kənarında su xəttində yaranan qəzanın uzun müddətdir aradan qaldırılmadığı iddia edilir.

İnfora.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntüləri paylaşan şəxs  su xəttindəki sızmanın bir ildən çoxdur davam etdiyini bildirib. Onun sözlərinə görə, bu müddət ərzində külli miqdarda su əraziyə axaraq itkiyə səbəb olub. Suyun bu qədər uzun müddət nəzarətsiz axması isə vəziyyətin nə vaxt aradan qaldırılacağı ilə bağlı suallar yaradır.

Məsələ ilə bağlı İnfora.az olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) sorğu ünvanladıq.

Qeyd edək ki, sorğumuza cavab verildiyi təqdirdə  aidiyyəti qurumun mövqeyini dərc etməyə hazırıq.

Mövzu diqqətimizdədir.

Zümrüd Abidqızı

📰 Tam xəbəri oxu
· · ·
Paylaş: